Azərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az məlumat verir.
Bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, Raqif Hüseynov ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Raqif Hüseynov 1984-cü ildə Gəncədə anadan olub. Bundan əvvəl universitetin Tədris şöbəsinin müdiri vəzifəsində çalışıb. Dünyanın nüfuzlu “Scopus” və “Web of Science” elmmetrik bazalarında 25-dən çox elmi məqaləsi və 1 dərslik kitabı dərc edilib, eyni zamanda onun işlərinə dünyanın müxtəlif ölkərindən 100-ə yaxın istinad olunub. Həmçinin o, 1 patent müəllifidir.