Bakının avtomobil bazarında vəziyyət nə yerdədir? Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, may ayında bazarda xeyli aktivlik olub. Bu da 2-ci əl avtomobillərinin dəyərini 5% artırıb. Yeni avtomobillərin dəyərində isə dəyişiklik olmayıb. Ancaq iyul-avqust aylarında qiymətin 3% artacağı gözlənilir.
Bundan əlavə, bazarda Çin istehsalı maşınların artdığını görmək olar. Rus istehsalı avtomobillərin payı isə aşağı düşüb.
Satılan avtomobillər arasında əsas pay krossoverlər və hibrid avtomobillərə düşüb.
“Bazarda elektromobillərə də tələb var, amma çox deyil. Hələ də bu avtomobillər üçün elektrik doldurma məntəqələrinin sayının az olması vətəndaşlarımızı onları almaqdan bir qədər çəkindirir. Ancaq ilin sonuna qədər bu məntəqələrin artması gözlənilir. Bu da tələbata təsir edəcək”, - deyə avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Mühərrikə gəldikdə, əsas tələb 2-ci əl avtomobillərdə 1500, yenilərdə isə 3000 kub/sm həcmlilərə olub. Bazarda ən çox alınan maşınlar “Mercedes”, “Hyundai”, “Toyota” modelləri olub.