Sosial şəbəkələrdə ikirəngli avtomobillərin polis tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı məlumatlar yayılıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Sosial şəbəkə istifadəçiləri paylaşımlarında yol polisində avtomobillərin bir rəng olması ilə bağlı qanunun olduğunu, qanunun tələblərini pozan sürücülərə qarşı tədbir görüldüyünü qeyd ediblər.
Baş Dövlət Yol Polisi İdarəsində bildirilib ki, nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni bütöv ban hissəsinin yarı tərəfinin bir rəngdə, digər hissəsinin isə ayrı rəngdə olması yolverilməzdir və avtomobillər istehsalçının baza modellərinə uyğun rənglənməlidir.