Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, tanınmış yazıçı Varis Yolçuyevlə görüş keçiriləcək. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Azərbaycan Nəşriyyatları Assosiasiyasına istinadən məlumat verir.
Tədbir müəllifin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaq.
Görüşdə iştirak edənlər bu əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları maraqlandıran suallara cavab tapa biləcəklər.
Görüş 29 iyul saat 16:00-da “Libraff” mağazaları şəbəkəsinin “Park Akademiya” filialında (ünvan: Yasamal rayonu, Huseyn Cavid prospekti, 100) baş tutacaq.
Yerlər məhdud olduğuna görə görüşdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün son tarix: 28.07.2023 saat 22:00.