Martın 10-da saat 19:30-da Bakı Musiqi Akademiyasının Opera studiyasında “Primanın irsi” sənədli filminin nümayişi olacaq. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az məlumat verir.
Nümayiş Azərbaycanın birinci balerinası Qəmər Almaszadənin anadan olmasının ildönümünə və Azərbaycan Milli Teatrının 100 illiyinə həsr olunub. Filmin müəllifi və rejissoru Samir Səmədovdur.
Giriş sərbəstdir. Ünvan: Şəmsi Bədəlbəyli, 98.