Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi edilib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
Belə ki, Fərid Həsənov magistratura pilləsini bitirən Məryəm Muradovanı mərasimdə səhnəyə dəvət edərək ona evlilik təklifi edib. Onlar 2 il əvvəl birlikdə bakalavr pilləsini bitirmişdilər.