İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı artırılıb. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az məlumat verir.
Əgər indiyədək qadınlar 63 yaşında pensiyaya çıxa bilirdilərsə, 2023-cü il iyulun 1-dən bu yaş həddi 63,5 yaşa qədər artırılıb.
Pensiya yaşının artırılması “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliklər əsasında baş verir.
Belə ki, kişilərin yaşının ildə altı ay artırılması 2017-ci il iyulun 1-dən başlayıb və 2021-ci il iyulun 1-dək davam edib. Amma qadınlar üçün yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il altı ay artacaq.
2027-ci ildə kişilər və qadınlar üçün pensiya yaşı 65-ə çatdırılaraq eyniləşəcək.