top
Azərbaycanda yeni tədris ilində məktəbli forması qıtlığı gözlənilirmi? - VİDEO
13 iyul 2023, 03:47
- ↺ +

Azərbaycanda yeni tədris ilində məktəbli forması qıtlığı gözlənilirmi? - VİDEO

Sentyabr ayından etibarən tək ibtidai sinif şagirdləri deyil, yuxarı sinif şagirdləri də vahid məktəbli forması geyinəcəklər. Bu onu deməyə əsas verir ki, forma alışı zamanı yenə sıxlıq yaşana bilər. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Bakı Tikiş Evindən bildirilib ki, bu il forma qıtlığının yaşanmaması üçün Bakıda 9 satış mərkəzi fəaliyyətə başlayıb. Bundan başqa, ətraf rayonlarda da satış mərkəzləri açılacaq.

Bakı Tikiş Evinin satış üzrə müdiri Etibar Əzimov bildirdi ki, fabrika məktəbli formalarını 3 rəngdə tikir. Hər gün 1000-dən 2000-ə kimi forma istehsal olunur və bu tədris ilində formaların qıtlığı müşahidə edilməyəcək.

Paytaxtda məktəbli formalarının təminatçısı Bakı Tikiş Evi və Bakı Tekstil Fabrikidir. O zaman təxmini hesablarla təkcə Bakı Tikiş Evinin sexləri günə təqribən 1500 məktəbli forması istehsal edərsə, bu, ayda 45.000 geyim deməkdir. 2022-2023-cü tədris ilində Bakı şəhəri üzrə təhsil idarəsinin tabeliyində olan məktəblərdə təqribən 483.000 şagird təhsil alıb.

Hər iki fabrik ay ərzində eyni sayda məhsul istehsal etsə, sadəcə 90.000 məktəblini forma ilə təmin etmək mümkün olacaq. Tədris ilinə isə cəmi 2 ay vaxt qalıb, yəni sözügedən müəssisələr nə qədər qıtlıq olmayacağını bildirsələr də, istehsal həcmi tələbatı ödəyə bilməyəcək. Bu halda valideynlərin edə biləcəyi tək şey indidən forma almaqdır.

“Gəlib-gedən də yoxdur. Heç kim qapını açmır. Nə vaxt bir həftə qalacaq məktəbin açılmağına, o zaman camaat töküləcək. Biz də böyük miqdarda tikib saxlaya bilmirik, çünki biz kreditlə işləyirik: nə qədər tikdik, o qədər satılsın ki, biz krediti ödəyə bilək.

Biz o iş üçün məsuliyyət daşımırıq. Biz özəl müəssisəyik, biz sadəcə istehsal edirik, çıxarırıq bazara. Nə qədər bəs edəcək, bəs etməyəcək, bunu mən deyə bilmərəm”, - Etibar Əzimov bildirib.

Elm və Təhsil Nazirliyi də məsələyə pozitiv yanaşır.

“Bu, sahibkarlıq subyektlərinin işidir və məktəbli formalarının daha çox tikilməsi və onların müxtəlif ticarət obyektlərində satışının təşkilini sahibkarlıq subyektləri həll edir. Güman edirəm ki, növbəti mövsümdə bununla bağlı hər hansı problem olmayacaq”, - deyə Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov qeyd edib.

Məktəbli formalarının qiymətinə gəlincə köynəklər 15 manat, ətək və şalvarlar 25 manat, jaketlər isə 30 manatdır. 2022-ci ildə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bu formaların seçilib-seçilməməsini məktəbin pedaqoji şurası müəyyən edir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
27 sentyabr 2026, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
27 sentyabr 2026, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Oxşar xəbərlər