Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində “Azəriqaz” İB-nin növbəti açıq mikrofonu keçiriləcək. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Aksiya Heydər Əliyev adına parkda 21 aprel saat 11:00-da baş tutacaq. Tədbir 13:00-a qədər davam edəcək.
Yerli sakinlər və sahibkarlar öz təklif və şikayətlərini təqdim edə biləcəklər.