Bakının bəzi yerlərində içməli suyun fasilə ilə verilməsi ilə bağlı qurum açıqlama verib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, fasilələr anbarlarda su ehtiyatların çoxaldılması məqsədilə baş verir.
“Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Tənzimləmə qrafiki daha çox həyət evlərində, vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”, - deyə A.Cəbrayıllı əlavə edib.
Fevral ayının 2-ci yarısından etibarən paytaxtın Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi rayonları, Bağlar massivi, eləcə də Qaradağ rayonunun kənd və qəsəbələrində içməli suyun verilişində fasilələr yaranmağa başlayıb.