top
Bıçaqlanan gənci özəl klinikalar qəbul etməyib
06 iyul 2023, 07:36
- ↺ +

Bıçaqlanan gənci özəl klinikalar qəbul etməyib

Ötən ay bıçaqlanaraq öldürülən 20 yaşlı tələbə Hikmət Kərimovun iki özəl xəstəxanaya qəbul olunmaması bildirilir. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Oğlanın atası İlham Kərimov bildirir ki, hadisə baş verdikdən sonra onu iki özəl klinikaya aparsa da, hər birində: “İcazəmiz yoxdur”, - deyərək onu qəbul etməyiblər.

“Funda” klinikasından bildirildi ki, tibb müəssisəsinin təcili tibbi yardım xidməti yoxdur. Klinika yalnız ambulator və planlı tibbi cərrahiyə əməliyyatlarını axsam saat 5-ə kimi aparır.

“Zəfəran” klinikasından heç bir açıqlama verilməyib.

Digər özəl klinikalardan qeyd edilib ki, təcili tibbi yardım xidməti varsa, yaralı xəstə qəbul edilir, ona ilkin yardım edilir, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilir.

Məsələyə TƏBİB-in koordinasiya departamentinin müdiri Mübariz Ağayev də münasibət bildirib: “Təcili hallarda istənilən xəstəxana, istər tabeliyimizdə olan, istərsə də özəl xəstəxanalar xəstəni qəbul etməyə borcludur. Səhiyyə müəssisələri, özəl müəssisələr qarşılıqlı şəkildə TƏBİB ilə əməkdaşlıq edir, İcbari tibbi sığorta ilə əməkdaşlıq edir, müqavilələri var. İstənilən halda, təxirəsalınmaz halda xəstəyə yardım göstərilməlidir”.

Səhiyyə Nazirliyindən isə bildirildi ki, vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım, təcili tibbi müdaxilə tələb edilən hallarda, bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər mülkiyyət formasından asılı olmayaraq, təcili yardım tibb müəssisəsi tərəfindən göstərilir.

DİN-dən də açıqlanma verilib ki, nazirlik tərəfindən özəl xəstəxanalara belə qadağa və ya məhdudiyyət qoyulmayıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
27 sentyabr 2026, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
27 sentyabr 2026, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Oxşar xəbərlər