Paytaxtın Nəsimi rayonu, Bülbül prospektində parklanma yeri zəbt olunub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Belə ki, Bülbülün heykəlinin yaxınlığında parklanmaya icazə verən yol nişanı quraşdırılıb, ancaq həmin ərazi zəncirlənərək parklanmanın qadağan olduğu təəssüratı yaradılıb.
Sürücülər park yerinin qanunsuz zəncirləndiyini iddia edirlər.