Paytaxtın Nizami rayonu, Babək prospektində kələkötür yol avtomobillərə ziyan vurur. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən prospektin Elşən Süleymanov küçəsi ilə Qara Qarayev prospekti arasında olan hissəsində asfalt örtüyü qazılıb və heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Avtomobillər buradan keçən zaman ciddi zədələr alır.
“Hamının buferi, zaşitniki dağılıb, qəfil əyləci sıxırlar, qəza şəraiti yaranır”, - deyə sürücülərdən biri şikayət edir.
Sürücülərin sözlərinə görə, yol “Azəravtoyol” tərəfindən qazılıb və bərpa edilməyib.
[caption id="attachment_74477" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]