Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində 2 küçədə hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00-a qədər adıçəkilən qəsəbənin 16-cı və Tofiq Məmmədov küçələrində təmir işləri aparılacaq. Bu səbəbdən ərazilərdə hərəkətə qismən məhdudiyyətlər qoyulacaq.
Sürücülərdən həmin ərazilərdən keçən zaman diqqətli olmaları xahiş olunur.