Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, onun müavinləri, aparatın məsul işçiləri, qəsəbə ağsaqqalları və ziyalıları iştirak ediblər.
Tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Daha sonra müvafiq qurumlara yerində tapşırıqlar verilib.
[URIS id=74541]