Hindistanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə yarmarkası keçirəcək. Orada əldə olunan bütün gəlirlər Türkiyədəki zəlzələdən zərər çəkənlərə yönəldiləcək. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az məlumat verir.
Yarmarka martın 11-də saat 10:00-dan 19:00-a kimi “Badamdar & Residences” hotelində (keçmiş “Pullman” hoteli) keçiriləcək.
Xeyriyyə bazarında əl işləri, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, gümüş və təbii daşlardan hazırlanmış zərgərlik məmulatları və bir çox başqa şeyləri əldə emək mümkün olacaq.
Ziyarətçilər, həmçinin müxtəlif ölkələrin mətbəxlərindən dadacaq, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. Təşkilatçılar, həmçinin lotereya iştirakçıları üçün gözəl hədiyyələr hazırlayıblar.