Bakı-Ağstafa qatarları niyə bəzi stansiyalarda dayanmır? Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı-Ağstafa dəmir yolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar və digər stansiyalar var, lakin qatar həmin stansiyalarda dayanmır.
Bildirilir ki, buna səbəb hazırkı qatarların yalnız 1100 mm hündürlüyü olan stansiyalarda dayana bilməsidir. Buna görə də qatarların Bakı-Ağstafa marşrutu üzərində olan digər stansiyalarda dayanması mümkün olmur.
“Bu ilin sonunda şirkətdən alınmış yeni qatarlar ölkəyə gətiriləcək. Həmin qatarlar ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayana biləcək”, - deyə Azərbaycan Dəmir Yollarından bildiriblər.