Ölkədə keçirilən buraxılış imtahanında ən yüksək balı Bakı şagirdi toplayıb. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
5 mart tarixində keçirilmiş buraxılış imtahanında ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296,7 bal toplayıb.
A.Hacıyev informasiya təhlükəsizliyi sahəsində ali təhsil almağı, magistr pilləsini isə xaricdə bitirmək istədiyini deyib. O, 9-cu sinif buraxılış imtahanında 282,6 bal toplamışdı.