Bakı Ali Neft Məktəbinin məzunları dövlət proqramının qalibləri olublar. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Bakı Ali Neft Məktəbinə istinadən xəbər verir.
Ali təhsil müəssisəsinin 26 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub. Onlar 270 namizəd arasında yer alıblar.
Həmin gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil alma şansı qazanıblar.
[caption id="attachment_109726" align="alignnone" width="640"]
Foto BANM[/caption]