Bakı Ali Neft Məktəbinin tələbələri Dohada ölkəmizi təmsil edəcəklər. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Çinin “Huawei” şirkətinin Qətərin Doha şəhərində keçirəcəyi “Gələcəyin toxumları” proqramında Azərbaycanı təmsil edəcək tələbələrdən 3-ü Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələridir .
Müsabiqədə münsiflər tərəfindən tələbələrin dil səviyyəsi və ünsiyyət bacarıqları qiymətləndirilib. Hər tələbəyə 10 dəqiqə, tələbələrin çıxışı üçün 5 dəqiqə, münsiflərə isə sual vermək üçün 5 dəqiqə vaxt verilib.
Azər Sadıxzadə yüksək nəticə göstərərək Azərbaycanı təmsil edən 5 nəfərlik komandanın kapitanı seçilib.
Yarışmanın qaliblərinin Çinin Şenzen şəhərində yerləşən “Huawei”in Baş ofisinə səfəri nəzərdə tutulub.