Bakı Ali Neft Məktəbinin tələbəsi Finlandiyanın ən yüksək təqaüdlərindən birini qazanıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
Təhsil ocağının Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ruslan Həsənov Finlandiyanın ən yüksək təhsil təqaüdlərindən birini və Avropanın nüfuzlu təqaüd proqramlarından olan Erasmus Mundus Birgə Magistratura (EMJMD) proqramının təqaüdünü qazanıb.
Ruslan Finlandiyanın Turku Universitetinin Materiallar mühəndisliyi ixtisasına tam təqaüdlə qəbul olub. Təqaüdün məbləği 29.000 avrodur. Erasmus Mundus Birgə Magistratura (EMJMD) proqramı çərçivəsində qəbul olduğu Qabaqcıl materiallar: İnnovativ təkrar emal ixtisası üzrə qazandığı digər təqaüdün isə ümumi məbləği 44.000 avrodur.