Dənizkənarı Bulvarda növbəti dəfə bitkilərə ziyan vurulub. Bu haqda Bakuplus.az 3 iyul tarixində məlumat verir.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Çəkiliş edən xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını bildirib. Lakin əməli törədən qadın və yanındakı kişi buna fikir verməyiblər.
Həmin videogörüntüləri təqdim edirik:
[video width="480" height="384" mp4="https://bakuplus.az/storage/photos/2023/07/19357.mp4"][/video]
Ötən ay həmin ərazidə kaktuslara zərər verən şəxs saxlanılmışdır.