Bakı Dövlət Universiteti bu il 5000-dən çox məzun yola salır. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.
2022-2023-cü tədris ilinə Bakı Dövlət Universitetini 5000-dən çox tələbə bitirir. Ümumilikdə isə BDU fəaliyyəti dövründə 200.000-dək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.
Hazırda təhsil ocağında 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25.000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 84, magistratura səviyyəsində isə 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.