Bakıda növbəti əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Yarmarka Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil olunur. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. CV nümunəsinin olması isə arzuolunandır.
Vakansiyalar ilə bağlı iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Tədbir 10-11 aprel tarixlərində saat 10:00-18:00 arası Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, 337, “Amburan Beach Club”da baş tutacaq.