Bakıda bir sıra marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxtda keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar 20 marşrut xətti üzrə hərəkət edən avtobusların hərəkət sxemi dəyişdirilir. Həmin avtobusların siyahısı aşağıdakı kimidir:
1, 2, 4, 10, 46, M3, H1, 10, 5, 88, 6, 18, 31, 37, 77, 53, 125, 61, 65, 205, E1.
6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət: Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət: Funikulyor – Ö.F.Nemanzadə küçəsi.
Yeni marşrutlar barədə görüntüləri təqdim edirik.
[URIS id=97552]