Bakı şəhəri ərazisində 20 ildir inşası başa çatmayan onlarla bina var. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Qanuna əsasən, binaların inşası ən geci 2 il ərzində tamamlanmalıdır. Paytaxtda isə 20 ildir bünövrəsi qoyulan, ancaq tikintisi yekunlaşmayan 40-dan çox bina var.
Ekspertlər hesab edirlər ki, bu məsələ ilə bağlı qanunvericilikdə də boşluqlar var. Yəni tikintiyə icazə verən orqan olsa da, sonradan onun başa çatdırılmasını tələb edən qurum və ya mexanizm yoxdur.
Bu səbəbdən də onlar qeyd edirlər ki, insanlar təhvil verilməyən binadan ev almaqdan çəkinməlidirlər. Çünki həmin tikintinin başa çatacağı sual altındadır.