Bakı şəhəri ərazisində qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Nərimanov rayonunda “İnteks” MMC-nin istifadəsində olan torpaq sahəsində, Səbail rayonunda isə “Sabah Residence” MTK-nın mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 22 ədəd ağacın qanunsuz kəsilməsi müəyyən edilib. Nəticədə ekologiyaya 194.000 AZN-dən çox maddi ziyan vurulub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.