Bu gün, 26 iyun tarixində Bakı, Bərdə və Şuşada Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilib. Bu haqda Bakuplus.az məlumat verir.
Bakı küçələrində hərbi orkestrlər yürüşlə keçib.
Bu gün ərzində hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunacaq və onların ailələri ilə görüşlər keçiriləcək.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/06/sequence-012.mp4"][/video]