Bakıda böyük qiymətə lampa satılır. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az xəbər verir.
Yerli elan saytlarının birində qədimi olduğu iddia olunan lampa 50.000 AZN qiymətinə satışa qoyulub. Lampanın 1905-ci ildən qaldığı, Azərbaycanda tək olduğu qeyd edilib.
“Hündürlüyü 9 sm, eni 3 sm-dir. Təcili satılır. Real alıcılar əlaqə saxlasınlar”, – deyə elanda əlavə edilib.