Bakıda bahalı maşında qızlara əxlaqsız təkliflər edən şəxs peyda olub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Belə ki, 50-55 yaşlı kişi 10-CV-010 nömrəli “Lexus” markalı avtomobillə xanımların arxasınca düşüb onlara sataşır. Həmin hadisələrdən biri xanımlar tərəfindən lentə alınmışdır.
Sürücü Bakı Slavyan Universitetinin qarşısından keçən 1 nəfər xanımın arxasınca düşüb. Xanım həmin şəxsə: “Ailəliyəm”, - deyəndə, "Mən evli olub ayrılmışam, bəs sənin ayrılmaq fikrin yoxdur?”, - deyə sual verir.
Həmin kadrları təqdim edirik.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/03/videoplayback-1.mp4"][/video]