Bakıdakı restoranlarda yoxlamalar keçirilib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Keçirilən monitorinqlər zamanı paytaxt ərazisində yerləşən 6 restoran - “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, "Bulaq", “Həkəri”də havaya atılan tullantıların miqdarının normadan artıq olduğu məlum olub.
Faktla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar. Yoxlamalar davam edir.