Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülər tərəfindən seçilmir. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Sürücülər ağacın budaqları arasında gizlənən 3.18.1 (sağa dönmək qadağandır) nişanını görmürlər. Nəticədə onlar qarşı tərəfə çıxaraq polis tərəfindən cərimələnirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan yol nişanını daha görünən yerə köçürməyi xahiş edirlər.
[caption id="attachment_76700" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]