Paytaxtın mərkəzi küçəsində açıq naqillər sakinlərin hərəkətinə maneə törədir. Bu haqda BakuPlus.az bu gün, 26 oktyabr tarixində xəbər verir.
“28 May” metrosunun çıxışında, əhalinin sıx olduğu bir yerdə açıq elektrik naqilləri insanların sərbəst hərəkətinə mane olur.
Qeyd olunan ərazidə ali təhsil ocağının, metro çıxışının yerləşməsi, fəsillə əlaqədar havanın yağıntılı olması vəziyyəti daha da çətinləşdirir.
Ərazidə hərəkət edən vətəndaşlar naqillərdən yan keçərək getməyə çalışırlar.
[URIS id=76554]