top
Bakıda anomal isti havalara görə sakinlər işıqsız qalıblar - VİDEO
12 avqust 2023, 06:13
- ↺ +

Bakıda anomal isti havalara görə sakinlər işıqsız qalıblar - VİDEO

Bakıətrafı ərazilərin əksəriyyətində insanlar elektrik enerjisinin çatışmazlığından əziyyət çəkirlər. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Uzun müddətdir elektrik enerjisini 90-cı illərdə olduğu kimi, fasilələrlə alan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 7 sakinləri də vəziyyətdən narazıdırlar. Onlar bildirirlər ki, elektrik gərginliyi aşağı olduğuna görə evdə heç bir elektrik qurğulardan istifadə etmək mümkün deyil. Kondisionersiz qalan vətəndaşlar avtomobillərdə yandırılmış kondisionerlə yatmağa məcbur qalıblar.

Məsələdən “Azərişıq” ASC də xəbərdardır. Qurum problemin səbəbini qeyd olunan yaşayış massivlərində elektrik xətlərinin həddindən çox yüklənməsi ilə əlaqələndirir.

“Hava şəraitinin isti, hətta anomal isti keçməsi ilə əlaqədar olaraq bəzi lokal yaşayış məntəqələrində elektrik enerjisində fasilələr müşahidə olunur. Bunun da başlıca səbəbi plansız və şəhərsalma prinsiplərinə uyğun olmayan yeni yaşayış massivlərinin salınmasıdır. Massivlər güc mərkəzlərindən kənarda yerləşdiyi üçün müəyyən mənada həm özlərinin elektrik enerji təchizatını, həm digər istehlakçıların elektrik enerjisi təchizatında müəyyən problemlər yaranır”, – deyə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qeyd edib.

Əgər yaşayış məntəqəsində 2 min abonent varsa, elektrik təsərrüfatı da həmin saya uyğun quraşdırılır. Amma durmadan artan əhali sayı həmin infrastruktura uyğunlaşmır. Bu da enerji xətlərində ciddi yükləmələrlə nəticələnir.

Bu günlərdə respublika üzrə ən yüksək göstərici qeydə alınıb. Burada söhbət elektrik enerjisinin istehlakından gedir. 10 avqust tarixində respublika üzrə 79,8 milyon kilovat/saat elektrik enerjisindən istehlak edilib. Bu da ən yüksək göstərici hesab edilir.

Qurum mövcud problemin növbəti il baş verməməsi üçün hazırda elektrik enerjisi ilə tam təmin olunmayan yaşayış yerlərində komplekt transformator məntəqələrinin sayını artıracaq. O ki qaldı hazırda yaşanan problemin həllinə, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru bildirdi ki, ilk olaraq sakinlər elektrik avadanlıqlarından fasilələrlə istifadə etməlidilər ki, ciddi yükləmələr aradan qalxsın. Elektrik enerjisinin verilişində məhdudiyyət yarandığı halda isə dərhal qurumun 199 çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.


 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Bu gün, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Bu gün, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Bu gün, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Bu gün, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Bu gün, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Bu gün, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Bu gün, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Bu gün, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Bu gün, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Bu gün, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Bu gün, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Bu gün, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Bu gün, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Bu gün, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Oxşar xəbərlər