Paytaxtın atmosfer havasının keyfiyyətinin növbəti gündəlik yoxlanışı keçirilib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Bakının Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında fəaliyyət göstərən avtomatik stansiyaların verdiyi məlumata əsasən, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.6 dəfə artıqdır.
Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardır.