Bakıda III Azərbaycan Autizm Festivalı keçiriləcək. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az festivala istinadən xəbər verir.
Sözügedən festivalda autizmdən əziyyət çəkən uşaqlar üçün əyləncə meydançaları olacaq, müxtəlif şou proqramları göstəriləcək. Həmçinin festival sərgi şəklində keçiriləcək.
Tədbir 3 may 2023-cü ildə Fəvvarələr meydanında, açıq havada baş tutacaq. Giriş sərbəstdir.
Ötən il təşkil olunan festivaldan kadrları təqdim edirik: