Sabunçu rayonunda avtobusda sərnişinlər qapıdan sallanıb. Bu haqda 29 mart tarixində Avtosfer.az məlumat verib.
Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən "Ayşən" MMC-yə məxsus 214 nömrəli avtobusda sərnişinlər avtobusun qapısı açıq vəziyyətdə, qapıdan sallanaraq gediblər. Bununla onlar öz və digər sürücülərin həyatını təhlükəyə atıblar.
“Bu hal sərnişindaşıma qaydalarının pozulmasıdır. Məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbir görüləcək”, - Bakı Nəqliyyat Agentliyi bildirib.