“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Çay incəsənəti” ustad dərsi təşkil olunacaq. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az məlumat verir.
Tədbir Azərbaycan Milli İncəsənət Muzeyində 15 aprel saat 14:00-da başlayacaq. Ustad dərsi Çin təlimçiləri tərəfindən aparılacaq.
Çin çay mərasiminin sirləri ilə tanış olmaq istəyənlər üçün qeydiyyatdan keçmək mütləqdir. Əlaqə telefonu: (+994 12) 492 07 07. Ustad dərsində iştirak ödənişsizdir.