Bakıda bəzi yaşayış binalarının zirzəmiləri su ilə doludur. Bu haqda BakuPlus.az Xəzər Xəbərə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Xətai rayonu, Ramiz Quliyev, 2 ünvanında yerləşən binanın zirzəmisinə su yığılıb. Sakinlər müxtəlif üsullarla bunun qarşısını almağa çalışıblar, amma bütün səylər uğursuzluqla nəticələnib.
Onlar hətta binanın divarında dəlik yaradaraq mövcud qoxunun evlərə deyil, ətrafa yayılması üçün çalışıblar.
Eyniadlı rayonun Rahib Məmmədov, 26 ünvanında da eyni problem hökm sürür. Həmin ünvanda yaşayan sakinlər oxşar vəziyyətdən narahatdırlar.
Xətai Rayon Sukanal İdarəsindən bildirilib ki, binaların zirzəmiləri ilə bağlı vəziyyətdən agahdırlar və bu istiqamətdə işlər görülür.
[caption id="attachment_75098" align="alignnone" width="640"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]