Abşeron yarımadasında yerləşən göllərin keyfiyyəti üzrə monitorinq keçirilib. Bu haqda bu gün, 21 fevral tarixində Gundem.az xəbər verir.
Yoxlamaların nəticələrinə görə, Zığ, Lökbatan, Qu, Qırmızıgöl, Binəqədi, Xocəsən, Zabrat, Bülbülə, Böyükşor gölləri axıdılan tullantı suları nəticəsində çirklənməyə məruz qalıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov qeyd edib ki, göllərdən götürülmüş su nümunələrinin təhlilləri göstərib ki, bu göllərdə vəziyyət acınacaqlıdır.