Bu gün, 31 iyul tarixinə kimi mektebeqebul.edu.az elektron sistemi vasitəsilə yeni tədris ilində 1-ci siniflərdə tədrisin aparılması məqsədilə 36.928 müraciət daxil olub. Bu haqda Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7835 elektron müraciət daxil olub. Müraciətlərdən 1843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5992-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.
Birinci siniflərə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.