Bakıda iyulun 8-də dənizdə boğulan gəncin şəxsiyyəti məlum olub. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Onun Sabirabad rayonunun Cavad kənd sakini, 26 yaşlı Mərhəmət Məmmədov olduğu məlum olub.
Məmmədovun meyiti sudan çıxarılaraq morqa təhvil verilib. Fakt araşdırılır.