Bakı Humanitar Kollecinin tələbəsi məzun olduğu gün ailə həyatı qurub. Şənlik 2 gün əvvəl - iyunun 24-də qeyd olunub. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az məlumat verir.
Məlumata görə, məktəbəqədər təhsil və tərbiyə ixtisasının məzunu olan xanım elə həmin gün toyunu qeyd edib. Cütlük tədbirə bəy-gəlin geyimlərində qatıldıqdan sonra toy mərasiminə qayıdıb.
Məzun günündə 2006-2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə çalışmış respublikanın Xalq artisti Gülyaz Məmmədova da iştirak edib və onlara mahnı həsr edib.
[video width="640" height="384" mp4="https://bakuplus.az/storage/photos/2023/06/img_06091.mp4"][/video]