top
Bakıda dələduz özünü polis kimi təqdim edib
25 aprel 2023, 07:23
- ↺ +

Bakıda dələduz özünü polis kimi təqdim edib

Bakıda özünü polis kimi təqdim edən şəxs 30 taksi sürücüsünün pulunu alıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Taksi sürücülərinin etibarından sui-istifadə edərək, onları dələduzluq yolu ilə aldadaraq müxtəlif məbləğlərdə pul ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb. Əməliyyatı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, Məlikzadə, əsasən, iri supermarketlərin yaxınlığında taksi şirkətlərinə internet vasitəsilə sifariş verib. Taksi yerinə gələndə sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlardan işdən çıxıb marketdən ərzaq almağı, həmçinin internet balansını artırmaq adı ilə elektron pul kisəsinə vəsait köçürmələrini istəyib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə bildirib ki, guya işlədiyi polis bölməsinə çatanda pulu qaytaracaq.

Zərərçəkənlər Zeynalabdin Məlikzadənin dediyi polis bölməsinə müraciət etdikdə aldadıldıqlarını anlayıblar.

Saxlanılan şəxs onunla əlaqə saxlamamaqları üçün taksi sürücülərinin telefonlarını bloklayıb. O, zərərçəkmişlərin elektron pul kisəsinə qoyduğu pul vəsaitlərini müxtəlif proqramlar vasitəsilə nağdlaşdıraraq mənimsəyib.

Zeynalabdin Məlikzadə əvvəllər də daşınmaz əmlak saytlarında saxta elanlar yerləşdirməklə vətəndaşları aldatmaqda təqsirli bilinib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti - Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
Bu gün, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
Bu gün, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Xəbər
Bu gün, 16:34

Abid Şərifov səhhətindən danışdı: "Gəzə bilmirəm"

Xəbər
Bu gün, 15:54

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Xəbər
Bu gün, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Bu gün, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Xəbər
Bu gün, 13:38

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 12:50

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

Xəbər
Bu gün, 11:50

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbər
Bu gün, 11:18

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Xəbər
Bu gün, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Bu gün, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Bu gün, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Bu gün, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Oxşar xəbərlər