Bakıda “Futbol Dalğası” adlı tədbir keçiriləcək. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az ASCO-ya istinadən xəbər verir.
Tədbir çərçivəsində "take ball", "subsoccer" (stolarxası oyun), kəndirdartma kimi müxtəlif oyunlar olacaq. Həmçinin ziyarətçilər üçün futbolçu Nuqzar Kvirtiya ilə "freestyle" formatında futbol oyunu, müxtəlif master-klaslar, DJ-in iştirakı ilə musiqili proqram və animatorların köməkliyi ilə feysart da təşkil olunacaq.
Bundan başqa, tədbir çərçivəsində ziyarətçilər yelkənli qayıqların sərgisinə də tamaşa etmək imkanı qazanacaqlar.
Tədbir 10 may saat 15:00-da Su İdmanı Sarayının yanında baş tutacaq. Giriş sərbəstdir.