Paytaxtın Nizami metro stansiyasının yaxınlığında Balababa Məcidov küçəsində dağılmış piləkən təmir olunur. Bu haqda Oxu.az bu gün, 26 noyabr tarixində məlumat verir.
Əraziyə aidiyyatı orqanların əməkdaşları və texnika cəlb olunub.
Ötən gün məlum olub ki, həmin ərazidə piləkən çöküb, nəticədə piyadalar pilləkənlə qalxmaqda çətinlik çəkiblər.