Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az FHN-nin Mətbuat Xidmətinə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən aksiya zamanı 100-dən artıq müxtəlif növ ağac əkilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, FHN DYNX-nin rəis müavini daxili xidmət polkovniki Səyavuş Qasımov, Xidmətin əməkdaşları və rayonda fəaliyyət göstərən bir sıra idarə va təşkilatların işçiləri iştirak ediblər.
[caption id="attachment_121929" align="alignnone" width="640"]
Foto FHN[/caption]