Paytaxtın Yasamal rayonunda yerləşən 20 saylı məktəb-liseydə əyani dərslər bərpa olunub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təhsil müəssisəsinin 7 günlük karantin müddəti başa çatıb. Gigiyena və Epidemiologiya Mərkəzi bu barədə qərar verib.
Bundan öncə daha iki məktəbin bu gündən ənənəvi tədrisə qayıtması barədə məlumat verilmişdir.