Bakıda məktəblərə direktor lazımdır. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var", - deyə Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, vakant yerlərin sayının artacağı istisna deyil. Bu, bəzi pensiya yaşına çatmış direktorların işdə qalıb-qalmamasından asılıdır.