Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan mıktəblərin 9-cu sinif şagirdləri üzrə monitorinq keçirilir. Bu haqda bu gün, 6 mart tarixində BŞTİ-nin mətbuat xidməti məlumat verib.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahan təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sualdan ibarətdir.
Monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında məktəblərə təqdim olunacaq.